Bleyr: «Tehranı vurmaq vacibdir»
Britaniyanın keçmiş baş naziri Toni Bleyr hakimiyyətdə olduğu illərdə İran qarşı sərt tədbirlərin görülməsi tərəfdarı kimi çıxış edirdi. Hətta o, körfəz dövlətlərinin Tehrana qarşı birgə fəaliyyət göstərmələrini təklifi etmişdi.
Lent.az-ın BBC-yə istinadən məlumatında bildirilib ki, keçmiş baş nazir dünya ictimaiyyətini İrana qarşı güc tətbiq etməyə hazırlığa çağırıb. O, Tehranı atom proqramının icrasından başqa yolla saxlanılmasının mümkün olmayacağından ehtiyatlandığını söyləyib.
Onun sözlərinə görə, tiranlıq edən rejimlərin güc yolu ilə devrilməsi, əvvəlki illərdən fərqli olaraq, indi daha vacibdir.
Bleyrın sözlərin əsasən, İranın nüvə silahı əldə etməsinə imkan vermək olmaz: «Odur ki, Tehranı bu niyyətindən çəkindirmək üçün yeganə vasitə güc tətbiqidir».
O, vurğulayıb ki, İslam Respublikasının nüvə dövləti olması, «İslam ekstremizmini, eləcə də bölgədə, İslam dünyasında güc balansını kəskin dəyişəcək».
Keçmiş baş nazir qeyd edib ki, Qərb dövlətləri İranla qarşıdurmaya hazır olmalıdır. Bundan başqa güc tətbiqinin qarşısında qərblilərin durmayacağını Tehrana başa salmaq lazımdır. Bleyr deyib ki, İrana qarşı hərbi əməliyyatların nəticəsi, İslam Respublikasının nüvə silahı əldə etməsindən təhlükəli olmayacaq.
Lent.az-ı «vesti.ru»-yə istinadən məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskva Beynəlxalq Münasibətlər Universitetində təhsil ilinin başlanması münasibəti ilə ənənəvi çıxışında bildirib ki, Tehrana qarşı tətbiq edilən sanksiyalar istənilən nəticəni vermir, problem isə güc tətbiqi həll edilməməlidir.
«Ölkəni bütünlükdə təcrid etmək mümkün deyil. Bütün çətinliklərə baxmayaraq, anlaşmaq lazımdır… Biz ABŞ-la İran arasındakı münasibətlərin normallaşmasını da alqışlayırıq» - deyə, rusiyalı diplomat məruzəsində vurğulayıb.
Sədrəddin Soltan

586