Rusiya İrana raket satmayacaq
İşlər belə gedərsə, Rusiya-İran münasibəti deyəsən doğrudan kəskinləşəcək. Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, Rusiyanın informasiya agentlikləri Moskvanın Tehrana raket satmayacağı barədə xəbər yayıb.
Ölkənin ali rütbəli hərbçilərinə istinad edən KİV-in xəbərinə görə, BMT Təhlükəsizlik Şurasının sonuncu 4-cü qətnaməsindən sonra RF bu addımını qətiləşdirib. Adı çəkilməyən rus hərbçisi bildirib ki, Moskva həmin sanksiyanı dəstəklədiyindən İslam Respublikasına zenit raket qurğusunun verilməyəcəyi istisna edilmir.
Qeyd edək ki, Rusiya S-300 zenit raket qurğusu ilə bağlı 2007-ci ildə İranla imzaladığı müqaviləni yerinə yetirməyib. Qərb gizli şəkildə şübhəli nüvə proqramı gerçəkləşdirən dövlətə silah satılmasına qarşıdır.
Rusiya hərbi komandanlığının təmsilçisi Aleksandr Fomin S-300 raket kompleksi haqda birbaşa danışmasa da, bildirib ki, Kreml BMT sanksiyasından sonra “böyük raket sistemlərini” satmayacaq.
Xatırladaq ki, sanksiya qəbulundan sonra Moskva hərbçiləri və diplomatları raket sistemi ilə bağlı Tehranla aralarındakı sövdələşmənin qüvvədə qaldığını, qətnamənin ona təsir göstərməyəcəyini bəyan edirdi.
Sədrəddin Soltan

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18