“Kim milyonçu olmaq istəyir?” “Walt Disney”i 270 milyon dollar ziyana saldı
Məhkəmə “Walt Disney”i qanunsuz yayımda günahkar sayıb
Kaliforniya Məhkəməsi ABŞ-ın məşhur “Walt Disney” şirkətinin Böyük Britaniyanın “Celador” firmasına 270 milyon dollar ödəməsi barədə qərar çıxarıb.
Lent.az-ın “utro.ru” saytına istinadən verdiyi məlumata görə, məhkəmə “Walt Disney” şirkətini “Celador” firmasının müəllifi olduğu “Kim milyonçu olmaq istəyir?” teleşousunu qanunsuz yaymaqda günahkar bilib.
Qeyd edək ki, “Celador” firması amerikalı tərəfdaşını “Kim milyonçu olmaq istəyir?” teleşousunun yayımına görə müqavilə üzrə bütün gəlirlərin 50 faizini ona ödəməməkdə ittiham edib və 2004-cü ildə “Walt Disney” şirkətini məhkəməyə verib. Ancaq şikayətə bu ilin mayından baxılmağa başlanılıb.
“Walt Disney” şirkəti isə məhkəmənin qərarı ilə razılaşmır. Şirkətin icraçı direktoru Bob Ayqer apelyasiya şikayəti verəcəklərini söyləyib.

927