“Türkiyə itiriləcək və ya tapılacaq bir əşya deyil”
Əhməd Davudoğlu: “Ətrafımızda bir xaos olduğu zaman bunun cəzasını onlar ödəmir, biz ödəyirik”
İngiltərədə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Beynəlxalq Əlaqələr Üzrə Kral İnstitutundakı çıxışından sonra dinləyicilərin suallarını cavablandırıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, suallar əsasən İsrail məsələsi ilə bağlı olub.
Əhməd Davudoğlu bildirib ki, İsrail hökuməti barışmağa qərar verdiyi zaman Türkiyə əlaqələri harada buraxıbsa, oradan davam etdirməyə hazırdır. Xarici işlər naziri xüsusilə Qərb dünyasında səslənən və İsraillə münasibətlərin gərginləşməsindən sonra daha sıx dilə gətirilən “Türkiyəni itiririkmi?” sualının narahatlıq doğurduğunu söyləyib.
O deyib ki, bu sual Türkiyəni aşağılamaq anlamına gəlir: “Türkiyə itiriləcək və ya tapılacaq bir əşya deyil. Yaxşı, niyə Türkiyəyə qarşı belə kampaniya aparılır? Çünki bəzi təbəqələr bizim diplomatik səylərimizdən narahatdır. Sevsələr də, sevməsələr də biz diplomatiyaya davam edəcəyik. Çünki ətrafımızda bir xaos olduğu zaman bunun cəzasını onlar ödəmir, biz ödəyirik”.
Yaxın Şərqdə aktiv xarici siyasət apardıqlarını deyən Türkiyənin xarici işlər naziri İsrailin Qəzzaya yardım gəmilərinə hücumuna da toxunub: “İsrail sülhə qərar verdiyi zaman biz buraxdığımız yerdən davam etməyə hazırıq. Onlara qarşı hər hansı ön mühakiməmiz yoxdur. Ancaq beynəlxalq sularda, ya da bölgəmizdə hər istədiklərini edə biləcəklərini düşünüb, bunda israr edəcəklərsə, biz buna imkan verməyəcəyik”.
Əhməd Davudoğlu İsrail hərbçisi Gilad Şalidin buraxılması üçün Türkiyənin göstərdiyi yardımları xatırladıb: “Bizim 8 vətəndaşımız da Gilad Şalid qədər önəmlidir”.

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18