İspaniya İsraillə Suriya arasında vasitəçilik edir
Bəşər Əsəd: “Təcrübə göstərir ki, bu günə qədər kimsə Türkiyənin vasitəçilikdə oynadığı rolu oynaya bilməyib”
İspaniyanın baş naziri Xose Luis Rodriges Zapatero İsraillə Suriya arasındakı müzakirələrin yenidən başlaması üçün vasitəçilik etdiklərini bildirib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Xose Luis Zapatero ölkəsinə səfər edən Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bunu açıqlayıb.
O, İsrailin humanitar yardım karvanına hücumundan sonra Qəzzaya yardım baxımından yeni bir dönəmin başladığını bildirib. İspaniyanın baş naziri İsrailin Qəzza mühasirəsini yumşaltmasını istədiklərini söyləyib və İspaniya, İtaliya və Fransa xarici işlər nazirləri vəziyyəti yerində görmək üçün bu ay içərisində Qəzzaya getməyi planlaşdırdıqlarını qeyd edib.
Suriya prezidenti Bəşər Əsəd də İsraillə dolayısı ilə aparılan danışıqlarda Türkiyənin rolundan söz açıb. O, Türkiyənin vasitəçi olaraq bu müzakirələrin irəliləməsində ciddi uğurlar əldə etdiyini deyib: “Bizim təcrübəmiz göstərir ki, bu günə qədər Türkiyənin oynadığı rolu kimsə oynamayıb. Türkiyə bölgəmizdə yerləşir və bütün detalları bilir”.

Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58