İsrail xarici işlər nazirinə ikinci şok zərbə!
Türkiyə isə İsrail münasibətlərinin pozulmasının əsas memarı sayılan nazir cəzalandırılır
Türkiyə və İsrail arasında ona xəbər verilmədən gizli görüşlərin başlamasına hirslənən İsrailin xarici işlər naziri Avigdor Libermanın qanı növbəti dəfə qaralıb.
Lent.az-ın “Yerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə,
Türkiyə isə İsrail münasibətlərinin pozulmasının əsas memarı sayılan xarici işlər naziri rüşvət və korrupsiya ittihamı ilə yaxın günlərdə məhkəməyə çıxarılacaq.
İsrail baş prokuroru Moshe Lador deyib ki, nazir olmamışdan əvvəl Avidgor Libermanla bağlı rüşvət, korrupsiya, çirkli pul yuyulmasında iştirak etmək kimi ittihamlara əlaqədar aparılan istintaq araşdırmaları zamanı yeni sübutlar tapılıb. Baş prokuror bu dəlillərin keçən həftə əldə edildiyini söyləyib. Onun sözlərinə görə, son sübutların aşkarlanması ilə istintaq tamamlanıb və yaxın günlərdə Avidgor Libermanın məhkəməyə çıxarılması yönündə hər hansı maneə qalmayıb.
Qeyd edək ki, Avigdor Liberman haqqında rüşvət, korrupsiya və çirkli pulların yuyulmasında iştirak etməklə bağlı ittihamlar ilk dəfə 2009-cu ilin avqustunda gündəmə gəlib və polis bu ittihamlarla əlaqədar istintaq başlanılmasını istəyib. Polis xarici işlər nazirini 2,6 milyon dollara yaxın rüşvət almaqda günahlandırır.
Xatırladaq ki, Avigdor Liberman İsrail hökumətində Türkiyəyə qarşı mənfi münasibəti ilə seçilən nazirdir. Hələ Türkiyə-İsrail münasibətlərini qırılma nöqtəsinə gətirən “Mavi Marmara” gəmisinə hücum olayından əvvəl məhz Avigdor Libermanın istəyi ilə Türkiyənin İsraildəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib və İsrail diplomatı ilə müqayisədə alçaq bir kürsüdə əyləşdirilib. Bu olay da İsrail-Türkiyə münasibətlərində gərginliyə yol açmışdı.

Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42