Atanın zorladığı doğma qızından 7 övladı olub
Braziliyanın şimal şərqindəki yoxsul Maranyao əyalətində öz qızını 16 il ərzində zorlamaqla 7 övlada sahibi olan balıqçı həbs olunub.
Lent.az-ın “Estado” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli polis adı açıqlanmayan şəxsin məlumatı əsasında 54 yaşlı Xose Aqustinyo Bispo Perreyranı saxlayıb.
O, qızını 12 yaşından bəri Maranyao əyalətinin paytaxtı Sao-Luizidən 300 kilometr uzaq bir ərazidə damı saman olan bir daxmada hər kəsdən izolyasiya olunmuş vəziyyətdə saxlayırmış. Faktla bağlı istintaq aparan komissar Adriana Meyreles hazırda 28 yaşına çatmış və oxuma-yazma bilməyən balıqçı qızının 7 körpə dünyaya gətirdiyini açıqlayıb. O, balıqçının qızından olan 7 yaşlı qızını da zorlamasından şübhələndiyini də bildirib.
Balıqçının öz qızından dünyaya gələn uşaqlar 2 aylıq, 4, 5, 7, 8 və 12 yaşındadır. Onlardan biri başqa ailəyə verilib. Normal şəraiti olmayan daxmada böyüyən uşaqların geyinməyə paltarı da olmayıb
Balıqçı istintaq zamanı zorladığı qızının anasından boşandığını, keçmiş arvadıyla yaşayan iki oğul və bir qızının hazırkı taleyindən xəbərsiz olduğunu bildirib.

501