Hrant Dinkin vəkilinin meyiti tapılıb
04 iyun 2010 12:31 (UTC +04:00)

Hrant Dinkin vəkilinin meyiti tapılıb

Türkiyədə qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkin vəkilinin meyiti asılı vəziyyətdə evindən tapılıb.


Lent.az-ın CNN türk-ə istinadən verdiyi məlumata görə, 40 yaşlı vəkil Hakan Qaradağın meyiti məhkəmə tibb ekspertizasına göndərilib. Hələlik onun ölümünün səbəbləri bilinmir.


Qeyd edək ki, H. Dinkin ölümü ilə bağlı məhkəmə prosesində Hakan Qaradağ H. Dinkin qətlində şübhəli bilinən Ogün Samastın onu hədələdiyini və əlindəki kağıza nəsə yazaraq cibinə qoyduğunu bildirib. Məhkəməyə sədrlik edən hakim isə O. Samastdan həmin kağızı alaraq, orada H. Qaradağın adının yazıldığını təsbit edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar