Anti-İran koalisiyası çat verdi
“ABŞ və Avropa Birliyi bir nöqtədə durmur, Rusiya ilə ortaqlığa münasibətdə siyasi korluq ortaya qoyur”
BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı qəbul edilən sanksiyaların ABŞ və Avropa Birliyi tərəfindən birtərəfli qaydada genişləndirilməsi Rusiyanın sərt reaksiyasına səbəb olub.
Lent.az-ın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Moskva ABŞ və Avropa Birliyinin sanksiyaları genişləndirmək yönündə fəaliyyətlərinin qəbul edilməz olduğunu bildirib və Rusiyanın bu məsələdə Qərbə dəstəyini dayandıra biləcəyi yönündə xəbərdarlıq edib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, əlavə sanksiyalar İranın nüvə fəaliyyətini və atom bombası əldə etməsini əngəlləmək istiqamətində səylərə zərər verəcək: “Birinin özünü bu şəkildə BMT Təhlükəsizlik Şurasının yerinə qoyması yönündə səyləri qəbul edilə bilməz. ABŞ və Avropa Birliyinin son addımları İranın nüvə proqramı ilə bağlı problemləri ən uyğun şəkildə həll etmək üçün yaradılmış dialoq və münasibətləri kökündən sarsıdır. Eyni davranış yenə təkrarlanır. BMT Təhlükəsizlik Şurasında İrana sanksiyalar yolu təsir etmək məsələsində bir razılaşma əldə etdikdə ABŞ və Avropa Birliyi bir nöqtədə durmur, Rusiya ilə ortaqlığa münasibətdə siyasi korluq ortaya qoyur”.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da deyib ki, Moskvanın ABŞ və Avropa Birliyinin bu tip addım atmamaları yönündə xəbərdarlıqlarının nəzərə alınmamasından son dərəcə narahatdırlar: “Birtərəfli sanksiyalar zərərli olmaqla bərabər, BMT Təhlükəsizlik Şurası və “6-lar”ın ortaq fəaliyyətini də heçə endirir”.
Qeyd edək ki, dünən ABŞ-ın İranın bəzi banklarına, şirkətlərinə və İslam İnqilabını Mühafizə Korpusunun komandanlığına qarşı sanksiyalar qəbul etməsindən sonra Avropa Birliyinin liderləri də cənub qonşumuza qarşı əlavə sanksiyaların tətbiqi yönündə razılığa gəliblər. Bu barədə qərar Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının iyunun 26-da keçiriləcək toplantısında qəbul olunacaq. Sanksiyalar İranın neft və qaz sektoruna sərmayə qoyuluşunun, texnologiya verilməsinin dayandırılmasını, ticarət, bank, sığorta və yük daşımaları sahələrində məhdudlaşdırmaları, İslam İnqilabı Mühafizə Korpusunun komandanlığına daxil olan şəxslərin Avropa Birliyi ölkələrinə səfərlərinə qadağa qoyulmasını, onların bank hesablarının dondurulmasını əhatə edir. Digər detallar Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının toplantısında dəqiqləşdiriləcək.

447