İsrail yardım karvanı təşkil edən qurumu terrorçu elan etdi
Təl Əviv “Həmas” və “Hizbullah”la yanaşı, bu təşkilatı da izləyəcək
İsrail Fələstindəki “Həmas” və Livandakı “Hizbullah” təşkilatları ilə birlikdə Qəzzaya yardım karvanının təşkilatçısı olan İnsan Haqq və Hürriyyətləri (İHH)Təşkilatını da terrorçu təşkilatları siyahısına daxil edib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, bu barədə İsrail Dövlət Radiosu xəbər yayıb.
İsrail İHH-ni yaxından izləyəcək. Radionun xəbərində İHH-nın “Həmas”la yaxın əlaqələrinin olduğu və bu səbəbdən terror təşkilatları siyahısına salındığını qeyd olunub. Ölkənin Müdafiə Nazirliyi bu barədə heç bir açıqlama verməyib, ancaq radionun xəbərini də təkzib etməyib.
Qeyd edək ki, İHH nümayəndələri bu gün Avropa Parlamentinin binasında keçirdikləri mətbuat konfransında iyulun ikinci yarısında Qəzzaya humanitar yük aparacaq ikinci gəmi karvanı təşkil edəcəyini, artıq 6 gəminin qeydiyyatdan keçdiyini açıqlayıb. Onlar gəmi karvanı səfərə yollanmazdan öncə dünya mətbuatını gəmilərdəki bütün mallara baxmağa çağırıblar. Dərnəyin Avropa Parlamentindəki mətbuat konfransını təşkil edən Böyük Britaniya Parlamentinin deputatı Riçard Hovitt bildirib ki, Avropa Birliyi yeni gəmi karvanının Qəzzaya girməsini təmin etməyə məsuliyyət daşıyır.

Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09