Tehran iki nüvə başlığı hazırlaya bilər
İranın atom-nüvə məsələsinə dair Türkiyə, Braziliya və İslam Respublikasının uranın üçüncü dövlət ərazisində mübadiləsi ilə bağlı müqaviləsi yavaş-yavaş öz təsirini itirməkdədir.
ABŞ Tehran hakimiyyətinə qarşı sanksiyanın tətbiqində israrlı görünür.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) yaydığı hesabatda bildirilib ki, İran 2 ton 427 kq zənginləşdirilmiş uran toplayıb. Bu fakt Qərbin rahatsızlığını bir qədər də artırıb. Beynəlxalq ictimaiyyətin qənaətincə, bu, İslam Respublikasının nüvə bombası əldə etməsi üçün yetərlidir. Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, iki ton zənginləşdirilmiş uranla İran iki nüvə başlığı hazırlamağa qadirdir. Ancaq Tehran atom bombası hazırlamaq istəmədiyini, yalnız uranı atom energetikası sahəsində istifadə etməyə çalışdığını bəyan edir.
Mütəxəssislərin fikrincə, AEBA 2009-cu ildə İrana 1200 ton uranı Agentliyə verməsini təklif etmişdi. Hazırda İran bu miqdarda uranı təhvil versə belə, atom bombası hazırlamaq üçün Tehranın yetərincə materialı var.
Tehran rəhbərliyi bu məsələ ilə bağlı hələlik açıqlama verməyib. Odur ki, Türkiyə, Braziliya və İranın mübadilə ilə bağlı imzaladığı birgə müqavilə BMT Təhlükəsizlik Şurasında İslam Respublikasına qarşı sanksiya tətbiqi barədə qərar qəbul olunmasına az təsir edəcək.
Sədrəddin Soltan

588