İran 10 erməni aspiranta təqaüd verəcək
İran İslam Respublikasının paytaxtı Tehranda 24 ermənidilli məktəb fəaliyyət göstərir. Bundan başqa, oxşar təhsil müəssisələri Təbriz, Urmiya, İsfahanda da var.
Bu, Tehran hakimiyyətinin ermənilərə göstərdiyi sayğının sübutudur.
Ötən ay Ermənistanın elm və təhsil naziri Armen Aşotyan Tehranın Yerevandakı səfiri Seyid Əli Saqaiyanla görüşündə İran və Ermənistan universitetlərinin diplomlarının qarşılıqlı tanınması ilə bağlı problem müzakirə edilmişdi.
Lent.az-ın “ARKA”-ya istinadən məlumatında bildirilib ki, İran Ermənistan Dövlət Universiteti, Mxitar Heratsi adına Yerevan Dövlət Tibbi Universiteti və Ermənistan Dövlət Mühəndis Universitetinin diplomlarını tanımağa hazırlaşır.
Ermənistanın elm və təhsil naziri Armen Aşotyanın başçılıq etdiyi heyət Tehrandan səfərdən dönüb. Nazirin sözlərinə görə, onlar İranda elm sahəsində İslam Respublikasının məsulları ilə görüş keçiriblər: “İrandan Ermənistana uyğun qurumların təmsilçilərinin səfəri gözlənilir. Yayda biz ölkəmizin üç ali təhsil ocağının diplomunun tanınması ilə bağlı anlaşma əldə edəcəyik”.
O, qeyd edib ki, 2010-cu ildə İranda təhsilini davam etdirmək üçün 10 erməni aspiranta İslam Respublikası təqaüd ayırıb.
Nazirin İrana səfəri zamanı Əmir Kəbir adına Tehran Dövlət Politexnik Universiteti ilə Ermənistan Dövlət Mühəndis Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23