Rəsmi Tehran Karla Bruniyə “fahişə” deyən KİV-ləri məzəmmət etdi
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanparast bu gün Tehranda keçirdiyi brifinqdə iranlı jurnalistləri korrekt olmayan fikirlərdən uzaq olmağa çağırıb və İran hökumətinin Karla Bruninin təhqir edilməsi ilə heç bir əlaqəsi olmadığını bəyan edib.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın mühafizəkar hökumətini dəstəkləyən gündəlik “Keyhan” qəzeti Fransanın birinci ledisini ağır təhqir edib. Qəzet Karla Brunini “fahişə” adlandırıb. “Fransız fahişələr hüquq mühafizəçilərinin etirazına qoşuldular” (“French prostitutes join the human rights protest”) başlıqlı məqalədə Karla Bruninin və onun rəfiqəsi, fransalı aktrisa İzabel Acaninin adı çəkilir. Material Bruni və Acaninin İranda daş-qalaq edilərək edam cəzasına məhkum edilmiş 43 yaşlı Səkinə Məhəmmədi Aştianinin müdafiəsinə qalxmalarından sonra dərc olunub.
Qeyd edək ki, milliyətcə azərbaycanlı olan Səkinə 2006-cı ildə xəyanətdə və həyat yoldaşının qətlində ittiham edilib. O, əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirib. Artıq onlarla hüquq müdafiə təşkilatı, eləcə də bir çox ölkələr İran hökumətinin qərarını tənqid edib.
Karla Bruni isə bir neçə gün öncə Aştianinin müdafiəsi ilə bağlı açıq məktub yazıb. Buna cavab olaraq “Keyhan” qəzeti məqalə ilə çıxış edərək, Fransa prezidentinin həyat yoldaşının müxtəlif şəxslərlə eşq macəralarını sadalayıb. İran televiziyası isə Karla Bruninin öz əxlaqsız hərəkətlərinə haqq qazandırmaq üçün Səkinənin müdafiəsinə qalxdığını bəyan edib.

Oxşar yazılar

Məhəmməd adı Avropada getdikcə populyarlaşır - STATİSTİKA
27 avqust 2025 , 13:44
Kanadada 2 milyard illik qədim su tapıldı - Dadı necədir?
27 avqust 2025 , 12:44
Trampdan yenilik - Ölüm hökmünü bərpa edir
27 avqust 2025 , 03:23
ABŞ-a getmək istəyənlərə bəd xəbər - Viza həddindən artıq bahalaşdı
27 avqust 2025 , 01:51
Donuz ciyərini insana köçürdülər - SENSASİYA
26 avqust 2025 , 20:00
Dünyanı təhdid edən beş yeni müharibə OCAĞI
26 avqust 2025 , 18:18
Çin dünyada ən böyük günəş elektrik stansiyasını tikir
26 avqust 2025 , 07:30