Türkiyə kəşfiyyatının yeni rəhbəri bilindi
Hakan Fidan ölkənin əsas kəşfiyyat qurumunun başına keçdi
Türkiyənin əsas kəşfiyyat qurumunun – Milli İstihbarat Təşkilatının yeni rəhbəri müəyyənləşdi.
Lent.az trt.net.tr saytının Azərbaycan versiyasına istinadən məlumatına görə, təqaüdə çıxan Əmrə Tanerin yerinə bir müddət öncə onun müavini olan Hakan Fidan təyin edilib.
4 il Baş Nazirliyə bağlı Türk Əməkdaşlıq və İnkişaf İdarəsinə (TİKA) rəhbərlik edən Hakan Fidan 2,5 il də baş nazirlik aparatı rəhbərinin müavini olub, keçən ay isə MİT rəhbərinin müavini təyin edilib.
Hakan Fidanın təyinatını baş nazir Rəcəb Tayyib Ərdoğan Braziliyaya gedərkən təyyarədə dəyərləndirib.
Ərdoğan MİT-in prezident, baş nazir və ordunun ən önəmli mənbələrindən biri olduğunu vurğulayıb.
MİT-in ilk vəzifəsinin xarici kəşfiyyat olduğunu qeyd edən Ərdoğan yeni rəhbərin bu istiqamətdə lazım gələn adımları atacağını bildirib.
Ərdoğan MİT-də maddi baxımdan hər hansı problem olmadığını vurğulayıb.

Oxşar yazılar

Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13