Türkiyə bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Türkiyənin sədrliyi önəmli toplantıların keçiriləcəyi kiritik dövrə təsadüf edir.
Bir aylıq müddət ərzində Türkiyə gündəlikdəki məsələlərlə yanaşı iki illik müvəqqəti üzvlüyünün önəmli hədəfi kimi baxdığı, mövzusu sülhün müdafiəsi ilə bağlı olan Təhlükəsizlik Şurası Zirvəsi keçirmək üçün səy göstərəcək.
Sentyabrda 192 ölkənin iştirakı ilə BMT sessiyasının yeni dönəmdəki fəaliyyətləri ilə bağlı toplantılar keçiriləcək. Sentyabrın 20-də Türkiyənin sədrliyi ilə “Minillik İnkişaf Hədəfləri” sammiti toplanacaq. Prezident Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlu ilə yanaşı, yüksək səviyyəli bir heyət toplantılar üçün Nyu-Yorka gedəcək.
Abdulla Gül və Əhməd Davudoğlunun ikitərəfli və çoxtərəfli müzakirə və toplantılarda iştirak etməsi gözlənilir. Görüşlər zamanı Türkiyə-Ermənistan normallaşma prosesi və İrana sanksiyalar kimi çətin məsələlər gündəlikdə olacaq. Türkiyə-ABŞ münasibətləri də bir daha müzakirə ediləcək
Türkiyənin iki illik müddətə seçildiyi BMT Təhlükəsizlik Şurası müvəqqəti üzvlüyü bu ilin sonuna qədər davam edəcək.

594