İrana qarşı sanksiya ilə bağlı görüşdə Braziliyada iştirak edib
Nüvə yanacağının mübadiləsi ilə bağlı Tehranda Braziliya, İran və Türkiyənin rəsmilərinin imzaladığı müqavilə Qərbin İslam Respublikasına qarşı sanksiya tətbiqi məsələsini gündəlikdən çıxarmayıb.
Anlaşmadan sonra Türkiyə rəsmiləri sanksiya tətbiqinə “əsas görmədiklərini” bəyan ediblər.
ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Ağ Evin yiyəsi bildirib ki, Tehranın bu addım “etibarı möhkəmləndirməyib”. Onun sözlərinə görə, Vaşinqton BMT Təhlükəsizlik Şurasında yeni qadağaların qəbuluna israrı davam etdirəcək.
Ağ Evin məsələyə dair yaydığı bəyanatda vurğulanıb: “İranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin rahatsızlığı nəinki azalıb, əksinə, artıb”.
Dubaydakı Körfəz ölkələri araşdırma mərkəzinin İran üzrə mütəxəssisi Nikol Starkenin fikrincə, İrana qarşı dördüncü sanksiya da İslam Respublikasının öz nüvə proqramını inkişaf etdirməyə mane olmayacaq, çünki bu plan Tehrandakı rejimin strateji qərarlarından olub, hakim elitanın hazırda üstünlük verdiyi məsələlərdəndir.
Beləliklə, Ərdoğan Obamanı inandıra bilməyib. Fransanın BMT–dəki daimi nümayəndəsi Jerar Aro isə Tehrana qarşı qəbul ediləcəyi gözlənilən yeni sanksiya layihəsinin müzakirəsində Braziliyanın iştirakının önəmli olmadığını söyləyib: “Danışıqlar Braziliyanın iştirakından asılı olmayaraq, davam edəcək. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmadığından müzakirələrə qatılmağa dair qərar qəbul etmək onun müstəsna haqqıdır”.
Fransız diplomat qeyd edib ki, Təhlükəsizlik Şurasına üzv olan bütün ölkələrdən olan mütəxəssislər, o cümlədən Braziliyanın təmsilçisi İslam Respublikasına qarşı tətbiq ediləcəyi gözlənilən sanksiya layihəsinin müzakirəsində iştirak edib.
Onun sözlərinə görə, Braziliya bu görüşdə iştirak etsə də, müzakirələrə qatılmayıb.
Xatırladaq ki, bir neçə gün öncə Braziliya və Türkiyə BMT TŞ-na İrana qarşı sanksiya tətbiq edilməməsi xahişi ilə müraciət ünvanlamışdı.
Sədrəddin Soltan

500