Tehran beynəlxalq ictimaiyyəti qıcıqlandırır
İyunun ortalarında BMT Təhlükəsizlik Şurasında İranın atom-nüvə proqramı ilə bağlı durumun müzakirə ediləcəyi gözlənilir.
ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, İslam Respublikası nüvə proqramını beynəlxalq ictimaiyyətlə müzakirə etməkdən imtina edir.
Britaniyanın yeni xarici işlər naziri ilə görüşündən sonra amerikalı diplomat deyib: “Mən bir çox dövlətlərdəki həmkarlarımla söhbətlərimdə bildirmişəm ki, Şuranın toplantısından sonra da İrandan məsələyə dair ciddi cavab ala bilməyəcəyik”.
Klinton onu da bildirib ki, Braziliyanın prezidenti Luis İnasio Lula da Silvanın atom-nüvə proqramına dair İran rəhbərliyi ilə danışıqlar aparmağa razılığı Tehranın nüvə iddiasında əl çəkməyə yönəlmiş cəhdlərdən biridir.
Lent.az-ın “mignews”-a istinadən xəbərində bildirilib ki, İran uranın zənginləşdirilməsində səmərəliliyi artırmaq üçün yeni qurğu quraşdırıb. Müşahidəçilərə görə, bu, yeni sanksiyanın qəbulu üçün Rusiya və Çinə təsir etməkdən ötrü ABŞ-a əlavə imkanlar verir.
Braziliya prezidentinin Tehrana səfərini dəyərləndirən Rusiya prezidenti Dmitri Medvedev isə deyib: “İranın nüvə proqramının diplomatik yolla həlli üçün bu, İslam Respublikasına son fürsətdir”.
Sədrəddin Soltan

561