ABŞ İngiltərə şirkətini cərimələdi
Atom-nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi üç qətnaməyə bir sıra tanınmış şirkətlər hələ də məhəl qoymur. Lent.az-ın “Farsnyus”a istinadən məlumatında bildirilib ki, İrana üç “Boieng-747” tipli sərnişin təyyarəsi satdığı üçün ABŞ Britaniyanın aviaşirkətini 2 milyon dollar məbləğində cərimələyib.
“Bali” adlı bu şirkətin baş ofisi İngiltərədə yerləşir. Kolumbiya ştat məhkəməsi şirkəti 2007-2008-ci illərdə ABŞ-dan qanunsuz yolla üç “Boieng” çıxarmaqda ittiham edib. Pul cəriməsi ilə yanaşı “Bali” beş il Amerikadan güzəştli ixracatla məşğul ola bilməz.
Qeyd edək ki, Ağ Evin İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaya əsasən, İrana sərnişin təyyarəsi satmaq yasaqdır.
Xatırladaq ki, bu günlərdə İranın nəqliyyat naziri Həmid Bəhbəhani deyib ki, Rusiya istehsalı olan “Tu-154” tədricən başqaları ilə əvəzlənəcək. Nazir yeni təyyarə modelləri barədə açıqlama verməyib.
Bir müddət öncə isə prezident Mahmud Əhmədinijat “özümüzün bu sahədə çalışacaq yetərincə kadrımız var”-deyərək, İranın mülki aviasiya sahəsində çalışan xarici pilotların iki ay ərzində işdən çıxarılması haqda göstəriş vermişdi.
İran rəhbərliyi hesab edir ki, Rusiya istehsalı olan sərnişin təyyarələri istismar üçün təhlükəsiz deyil. 2009-cu ildə Rusiya təyyarələrində baş vermiş qəza nəticəsində 160 nəfər həlak olub, bu il isə 49 sərnişin yararlanıb.
RF də istehsal edilən “tupolev”lərin Qərb dövlətlərində istismarı yasaqlanıb. Buna səbəb kimi mütəxəssislər onların Avropa standartlarına uyğun gəlməməsini göstərirlər.
Sədrəddin Soltan

Oxşar yazılar

ABŞ-ın Yaponiyadakı hərbi bazasında PARTLAYIŞ: yaralananlar var
9 iyun 2025 , 08:38
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13