BBC, “Alman dalğası”, “Amerikanın səsi” İrana qarşı
Ötən ilin yayında İranda keçirilmiş prezident seçkisindən sonra rəsmi Tehran dünyanın aparıcı teleradio şirkətlərinə hücuma keçdi. Hakimiyyət həmin qurumları “casusluqda” və “ölkədə pozuculuq fəaliyyəti göstərməkdə” suçladı.
Lent.az-ın “butovazerbaycanbirliyi”-nə istinadən məlumatına görə, dünyanın 5 aparıcı teleradio və ötürücüsünün rəhbərləri beynəlxalq verilişlərin yayımına Tehranın problem yaratmasına etiraz bəyanatı qəbul edib. Sənədi “Alman dalğası”, Fransanın beynəlxalq radiosu, Hollandiyanın eyni statuslu radiosu, BBC və “Amerikanın səsi” teleradio şirkətlərinin baş direktorları imzalayıb.
Bəyanatda bildirilib ki, Tehran hakimiyyəti son bir ildə davamlı olaraq, adları çəkilən informasiya vasitələrinin verilişlərinin yayımlanmasını əngəlləmək məqsədi ilə süzgəc və “parazit”lərdən yararlanır. Sənəddə Çinin də adı hallanıb. Bildirişdə şirkətin müxbir və əməkdaşlarının hər iki ölkənin uyğun qurumları tərəfindən hədələndikləri, onların peşə fəaliyyətinə maneələr törədildiyi vurğulanıb.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23