İran rəsmisi: “Türkiyənin vasitəçiliyi təsirsizdir”
Ayətulla Xamneyinin müşaviri uranı ölkədən çıxarmayacaqlarını deyib
Zənginləşdirilmiş uranın üçüncü ölkədən alması ilə bağlı “altılıq”ın təklifini Tehran hakimiyyəti hələ də cavabsız qoyub.
Ötən həftə İran prezidenti Mahmud Əhmədinijat Zimbabveyə səfər etmişdi. Səfərdən sonra İslam Respublikasının bu ölkədən uran alacağı barədə xəbərlər yayıldı. Bunu az sonra hər iki dövlətin rəsmiləri təkzib etdi.
Xatırladaq ki, bir müddət öncə Atom Enerjisi Beynəlxalq Agentliyi (AEBA) kəşfiyyat xidmətlərindən əldə etdiyi məlumata istinadən İranın Qazaxıstanla məxfi saziş imzalamağa hazırlaşdığı barədə bəyanat yaymışdı. Məlumata əsasən, həmin sazişdə Qazaxıstanın İrana təmizlənmiş uran satması nəzərdə tutulurdu.
Qazaxıstan İrana satacağı 1350 ton təmizlənmiş uranın əvəzinə 450 milyon dollar qazanc əldə edəcəkdi. AEBA İslam Respublikasının uran ehtiyatlarının xeyli azaldığı, buna görə də Tehranın uranı üçüncü ölkələrdən satın almağa çalışdığı qənaətindədir.
Mütəxəssislərin proqnozlarına görə, İranın nüvə mərkəzləri hələ 1970-ci illərdə Cənubi Afrikadan alınmış uranla işləyir və onlar Qazaxıstandan alacağı 1350 ton uranla nəzəri cəhətdən 150 nüvə başlığı hazırlaya bilər.
Ötən gün Qazaxıstan rəsmiləri bu xəbəri bir daha təkzib edərək, Tehranla oxşar müqavilə imzalamadıqlarını bildiriblər.
Lent.az-ın “Frans press”-ə istinadən məlumatına əsasən, İranın ali rəhbəri ayətulla Xamneyinin xarici siyasət üzrə müşaviri, ölkənin keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti bildirib ki, təmsil etdiyi hakimiyyət aşağı səviyyədə zənginləşdirilmiş uranın nüvə yanacağı üçün mübadiləsinə razılıq verməyəcək.
Onun sözlərinə görə, İran Qərbə inanıb, heç vaxt uranı öz sərhədindən çıxarmayacaq. O, vurğulayıb ki, bu məsələdə Türkiyə vasitəçi ola bilməz, çünki Qərb dövlətləri öz öhdəliyinə əməl etməyib: “Odur ki, Türkiyənin vasitəçiliyi də problemin həllinə təsir göstərə bilməz”.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23