“Ded Xasan”nın azadlığa buraxıldı
Məşhur kriminal avtoritetin sənədləri qaydada imış...
Kiyevdə saxlanılan “Ded Xasan” ləqəbli kriminal avtoritet Aslan Usoyan azadlığa buraxılıb. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, kriminal avtoritet Ukraynadan Rusiyaya gətirilib.
Sualları cavablandırdıqdan sonra “Ded Xasan”a qarşı heç bir ittiham irəli sürülməyib və o, azadlığa çıxıb.
Qeyd edək ki, “Ded Xasan” həftənin birinci günü Kiyev aeroportunda saxlanılıb. Ukrayna Daxili İşlər Nazirliyi kriminal avtoriteti ölkə sərhədini qanunsuz keçdiyi və saxta sənədlərdən istifadə etdiyi üçün saxladığını bildirib. Ancaq bu pozuntular Rusiya ərazisində edildiyi üçün onun Rusiyaya göndərilməsi qərara alınıb. Rusiyada araşdırma zamanı isə məlum olub ki, “Ded Xasan”ın bütün sənədləri qaydasındadır.
Saxta pasport məsələsi isə kriminal avtoritetin Ukrayna ərazisinə buraxılmaması üçün bəhanə olub. Çünki Ukrayna Daxili İşlər Nazirliyində məlumat olub ki, “Ded Xasan” cinayətkar qruplaşmaların təsir dairəsinin bölüşdürülməsi ilə bağlı keçirilən yığıncaqda iştirak edəcək.

935