İranda plastmas məhsulların keyfiyyətinə təminat azalacaq
30 avqust 2010 15:56 (UTC +04:00)

İranda plastmas məhsulların keyfiyyətinə təminat azalacaq

Avropanın ən iri şirkətlərindən olan «Lyondell Basell Industries NV» İslam Respublikası ilə ticarət əlaqələrini dayandırdığını bildirib.

Bu şirkət plastmas və kimya sənayesinin başqa sahələri üzrə ixtisaslaşıb. Şirkətdən bildiriblər ki, onlar yalnız İranla deyil, habelə Suriya və Sudanla da ticarət əlaqələrini kəsiblər.

Müəssisə rəhbərliyi bu addımını həmin dövlətlərə qarşı tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində atıldığını bildirib.

«LyondellBasell Industries NV» şirkəti rəhbərliyinin dediyinə görə, yaxın zamanlarda Nyu-York birjasında da bu istiqamətdə uyğun fəaliyyət göstərəcəklər. Onlar həm də ABŞ-ın qadağalarına məruz qalmaq istəmədiklərini etiraf ediblər.

Məlumata əsasən, şirkət İran, Suriya və Sudanı istehsal texnologiyasının lisenziyası üzrə dəstəkləyirmiş. Bu o deməkdir ki, həmin dövlətlərin istehsal etdiyi plastmas və başqa kimyəvi məhsulların keyfiyyəti bundan sonra ciddi şübhə altına düşəcək.

İsveçrənin «EGL» energetika qrupu isə «sanksiyalara əməl etməməsi» haqda ünvanına deyilən tənqidləri təkzib edib. Qurumdan bildiriblər ki, İslam Respublikasının Neft Şirkəti ilə təbii qaz tədarükünə dair 18 milyardlıq müqavilə imzalayıblar. Ancaq bu anlaşma ABŞ Konqresinin İrana qarşı tətbiq etdiyi sanksiyaların təsir dairəsinə düşməyib.

Qeyd edək ki, Demokratiyanı Müdafiə Fondunun icraçı direktoru Mark Dubovits «EGL»-nin sözügedən anlaşmasını sanksiya rejimini pozanların siyahısına daxil etməklə yanaşı, quruma «dərs vermək» üçün onun ABŞ hakimiyyətinin «Credit Suisse»-i əsasında 536 milyon dollar məbləğində cərimələnməsini istəyib.

«EGL»-nin mətbuat katibi Lili Fray məsələyə belə münasibət bildirib: «Biz bütün qaydalara əməl etmişik. Ona görə də sanksiyalar siyahısına düşməyimiz haqsızlıq olardı».

Onun sözlərinə görə, bu müqavilədən terrorçuluğun maliyyələşdirilməsi haqda deyilənlər möhtəkirlikdir: «Biz terrorçuluğu dəstəkləmirik. Bundan başqa araşdırmalarımız zamanı İran Neft Şirkətinin İslam İnqilab Keşikçiləri Qvardiyası əlaqəsini aşkarlamadıq».

Xatırladaq ki, bir neçə il öncə İsveçrə İranla neft-qaz sahəsində əməkdaşlığa dair müqavilə imzalayanda ABŞ və İsrail bu addımı pisləmişdi.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar