Berluskoni Qəzzafinin əlini öpdü
İtaliya baş nazirinin gözlənilməz hərəkəti ölkədə böyük səs-küyə səbəb olub
Keçən həftə Liviyanın Sirte şəhərində keçirilən Ərəb Birliyinin zirvəsində İtaliyanın baş naziri Silvio Berluskoni Liviya lideri Müəmmər Qəzzafinin əlini öpüb.
Lent.az-ın verdiyi məlumata görə, bu görüntü İranda ingiliscə yayılan “Press TV” telekanalında yayımlanıb.
Ancaq telekanal görüntüləri tam dəqiq vermir. Bu, ölkəsində arvadbazlığı ilə gündəmdən düşməyən Silvio Berluskoni üçün daha ciddi problem yaradıb və baş nazirin Müəmmər Qəddafinin əlini öpməsi ölkə gündəminə bomba kimi düşüb. Baş nazirin bu hərəkəti italyanları və ölkədəki müxalifət partiyalarını narazı salıb.
Qeyd edək ki, Liviya 20-ci əsrin əvvəlində 30 il İtaliyanın müstəmləkəsi olub. Bu səbəbdən iki ölkə arasında xüsusi münasibətlər var. Bu münasibətlər Silvio Berluskoninin səyləri ilə son illər daha da inkişaf edib. Baş nazir 2008-ci ildə 30 illik müstəmləkə dövrünə görə Liviyadan da üzr istəyib, növbəti 20 il ərzində İtaliyanın Liviyaya 5 milyard dollar sərmayə qoyacağını vəd edib.

Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14