Yəhudilər İran banklarını məhkəməyə verib
Atom-nüvə proqramını gerçəkləşdirmək israrı və beynəlxalq terrorçuları dəstəkləməsi Tehran üçün ciddi problemlər yaratmaqdadır.
Lent.az-ın “The Jerusalem Post”a istinadən verdiyi məlumata görə, İkinci Livan savaşı zamanı “Hizbullah” raketlərindən zərər görmüş İsrailin 85 vətəndaşı Vaşinqton federal məhkəməsində İranın bir neçə bankına qarşı cinayət işinin açılması ilə bağlı müraciət edib. Şikayətçilər İslam Respublikasının bu qurumlarını terrorçuları maliyyələşdirməkdə günahlandırırlar.
İsrail vətəndaşları tərəfindən açıqlanan bəyanatda deyilib ki, həmin banklar “Hizbullah”a ümumilikdə 50 milyon dolardan artıq pul veriblər. Bu maliyyə vəsaiti ilə alınan silahlarla Amerikanın İsrail ərazisindəki obyektləri də vurulub. İddiaçılar 1 milyard dollar məbləğində kompensasiya tələb etməklə yanaşı, günahkarların cəzalandırılmasını da istəyir.
Qeyd edək ki, iddiaçılar arasında ABŞ və Kanada vətəndaşları da var. Həmin hərbi əməliyyatdan ya onların özləri, ya da yaxınları zərər çəkib.
Sədrəddin Soltan

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47