Erməni ekspert İran-Türkiyə-Ermənistan birliyindən danışır
Amerikada yaşayan ermənilər “soyqırım” məsələsini yenidən bu ölkədə gündəliyə gətirməyə çalışır. Rəsmi Ankara ermənilərə bu işdə yardım edənlərə bildirib ki, belə qondarma tarixlə Türkiyəyə təzyiq etmək istəyənlər yanılır. Əks halda, Türkiyə Ermənistanla münasibətinə yenidən baxacağını bəyan edib.
Fevralın 9-da Yerevan Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryan jurnalistlərə bildirib ki, İran və Türkiyə erməni–türk münasibətlərinin normallaşmasında maraqlıdırlar.
Onun sözlərinə görə, bölgədə rəqib olsalar da, Tehranla Ankaranın bu məsələdə mövqeyi üst-üstə düşür. “İran və Türkiyənin böyük ortaq problemi – kürd məsələsi var. Bu məsələyə hər iki dövlətin baxışı eynidir. Çünki kürd məsələsi bu dövlətlərin ərazi bütövlüyü üçün təhlükədir” - deyə, erməni alim söyləyib.
Bundan başqa, Q.Asatryan hesab edir ki, Ermənistanla İran əməkdaşlıq üçün hələ tam güclərindən yararlanmayıblar. Erməni alimin fikrincə, mədəniyyət və elmi sahədə birgə layihələr yoxdur.
Ermənistanla İslam Respublikası arasında dəmiryolu xəttinin çəkilişini yüksək qiymətləndirən ekspert deyib: “Bu, Ermənistanın körfəzə çıxışı baxımdan çox böyük siyasi və iqtisadi önəm daşıyan bir layihədir”.

Oxşar yazılar

Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43