İran “ölüm maşınları”nı dəyişir
Tehran “Tu-154” təyyarələrini “Tu-204”-lə əvəzləyəcək
İranın yol və nəqliyyat naziri Həmid Bəhbəhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, İranın hava limanlarında İslam Respublikasına məxsus Rusiya istehsalı olan “Tu-154” təyyarələrini “Tu-204”lər əvəzləyəcək.
Nazir qeyd edib ki, bu “Tu154”ün istimardan çıxarılması demək deyil. Onun sözlərinə görə, Rusiya ilə “Tu-204”ə dair müqavilə imzalanıb, bu anlaşma hələlik gerçəkləşməyib. Nazir deyib ki, yanvarda Məşhəddəki “Taban” aviaşirkətinə məxsus “Tu-154”ün qəzaya uğramasında təyyarəçi suçlu imiş.
Xatırladaq ki, bu il yanvarın 24-də Məşhəddəki Şəhid Haşiminijat adına hava limanında “Tu-154”ün qəzaya uğraması nəticəsində 42 nəfər yaralanmışdı.
2009-cu ilin yayında isə İranın “Caspian Airlines” hava şirkətinə məxsus “Tu-154” təyyarəsi Tehran-Yerevan reysi edərkən havada partlamış, 150 nəfər həlak olmuşdu.
Bu olaydan sonra Tehran Rusiyadan “Tu-154” almayacağını bəyan etmişdi.
Sədrəddin Soltan

Oxşar yazılar

Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43