Keçmiş qubernatordan Obamaya məsləhəti
Respublikaçılar Partiyasının hakimiyyəti illərində Ağ Ev rəsmiləri çıxışlarında atom-nüvə proqramından əl çəkməyəcəyi halda İrana qarşı hərbi əməliyyatların gündəlikdə olduğunu bəyan edirdilər.
Ötən gün Alyaska ştatının keçmiş qubernatoru, prezident müavinliyinə keçmiş namizəd Sara Peylin ABŞ prezidenti Barak Obamaya məsləhət görüb ki, İslam Respublikasına qarşı savaş elan etsin. “Los-Anceles tayms”ın yazdığına görə, Peylin bildirib ki, yalnız bu yolla prezident Amerikada mövqeyini möhkəmləndirər, eləcə də seçicilərin dəstəyini qazana bilər.
O, bu bəyanatı “Fox news Sunday” telekanalına verib. Keçmiş qubernator hazırda bu kanalda analitik-şərhçi kimi çalışır.
O, Obamaya ərəb-İsrail münaqişəsində ikinciyə tam dəstək verməkdən imtina etməyi də məsləhət görüb. Onun sözlərinə görə, güc tətbiqi siyasəti Ağ evin indiki yiyəsinə növbəti seçkiyə qədər hakimiyyətdə qalmağa yardım edər. O, əlavə edib ki, ətrafı ABŞ prezidentinə “yaxşı məsləhət vermir”.
Sara Peylin 2012-ci ilin prezident seçkisində Obamaya rəqib olacağını istisna etməyib.

Oxşar yazılar

Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43