İran “kosmonavtların” sağ qayıdacağını gözləyir
Ötən gün İran ağ siçovul, iki tısbağa və bir neçə həşaratı uğurla kosmosa buraxdığını bəyan etdi. Heyvanlardan ibarət bu heyəti orbitə “Kavoşqar” (“Araşdırıcı”) adlı raket daşıyıb. Bu, ölkənin kosmonavtika tarixində ilk hadisə sayılır. İçində heyət olan kapsula Yerə informasiya ötürmək qabiliyyətinə malikdir. İran KİV bundan başqa məlumat yaymayıb. İslam Respublikasının prezidenti Mahmud Əhmədinijat “Simurq” adlı raketdaşıyıcısını təqdim edib. Bu raketin hündürlüyü 27 metr, çəkisi isə 85 tondur.
Əhmədinijat bildirib ki, heyvanların kosmosa buraxılması İranın kosmos proqramının uğurlarından sayıla bilər. O, “kosmonavtların” uğurla yerə dönəcəyinə ümidvar olduğunu vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, yaxın gələcəkdə 500 km, bir müddət sonra 700 km, üçüncü mərhələdə isə min kilometr yüksəkliyə peyk göndərəcəklər.
İranın müdafiə naxiri Əhməd Vahidi öz növbəsində üç yeni peyki təqdim edib – “Tolu” (“Dan Yeri”), “Nəvid” (“Muştuluq” və ya “Xoş xəbər”), “Mespah-2” (“Çıraq”). O, deyib ki, “Simurq” çəkisi 100 kq olan “Tolu”nu 500 km yüksəkliyə qaldıra bilər.
Bu sınaqlar inqilabın 31-ci ildönümünə həsr edilib. Müşahidəçilərin fikrincə, Tehran bu sayaq addımı ilə həm “düşmən” saydığı dövlətlərə, həm də ölkə vətəndaşlarına qüdrəti barədə mesaj verir. Bundan başqa, İslam Respublikasının rəhbərliyi dövlətin pulunu boş yerə xərcləmədiyini də vətəndaşlara çatdırmaq niyyətindədir. Çünki müxalif düşərgə, o cümlədən seçkidən sonrakı müxalifət hakimiyyəti dövlət malını talamaqda suçlayır.
Sədrəddin Soltan

685