“Əsl İsa mənəm!”
Məmməd Əli Ağca: “Dünya bu yüzillikdə məhv olacaq, bütün canlılar öləcək”
Bu gün jurnalist-yazıçı Abdi İpəkçini qətlə yetirməkdə, Roma Papası II İohan Pavelə sui-qəsddə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Məmməd Əli Ağca azadlığa çıxıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vəkilləri Məmməd Əli Ağcanın bəyanatını yayıblar.
Məmməd Əli Ağca bəyanatında özünün əsl İsa olduğunu, dünyanın bu yüzillikdə məhv olacağını, bütün canlıların öləcəyini iddia edib. O bildirib ki, həbsxanada dini mövzuda çox fikirləşib, katolikliyi qəbul edib və xristian bir qızla evlənmək istəyir.
Məmməd Əli Ağca xatirələrini yazmaq, o cümlədən kitab dərc etdirmək istəyir. O, kitabına ortaq müəlliflik etmək üçün “Da Vinçi kodu” kitabının yazarı Den Brauna müraciət ünvanlayıb. O, Don Braunla birgə “Vatikanın Kodu” kitabını yazmaq, sonra da onun əsasında bədii filmin çəkilməsini istəyir. Vəkillərinin sözlərinə görə, Məmməd Əli Ağca artıq “Hollivud”dan filmə çəkilməsi üçün təklif alıb.
O, hazırkı Roma Papası XVI Benediktlə də görüşmək istəyir.
Qeyd edək ki, 1979-da Türkiyənin “Milliyət” qəzetinin baş redaktoru Abdi İpəkçini qətlə yetirən Ağca 5 ay sonra yaxalansa da, 1 ay sonra həbsxanadan qaçıb. Bir neçə cinayətdə adı hallanan Ağca Bolqarıstanda gizlənib. 1981-ci il mayın 13-də Roma Papasına sui-qəsdi təşkil edib, tutularaq ömürlük həbsə məhkum olunub. 2000-ci ildə əfv edilərək Türkiyəyə gətirilib, ömürlük həbs cəzası 36 illik həbslə əvəzlənib. Onun həbsxanada xristianlığı qəbul etdiyi barədə xəbərlər yayılmışdı.

Oxşar yazılar

Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43
Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45
Dünya şöhrətli tiktoker Xabi Leym ABŞ-da saxlanıldı
8 iyun 2025 , 06:17