İranlı hakerlər 370 İsrail saytını dağıtdılar
23 sentyabr 2012 18:33 (UTC +04:00)

İranlı hakerlər 370 İsrail saytını dağıtdılar

“İranian Decoders” haker qrupu İsrail hökuməti ilə təhlükəsizlik, iqtisadi, ticarət və xidmət sahələrində əlaqəsi olan 370 internet saytını sıradan çıxardığını açıqlayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu addım ABŞ-da çəkilən, İslam dini və onun peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq atılıb.

Həmin saytlarda İranın ali dini lideri, ayətullah Əli Xamneyinin dünya müsəlmanlarına mesajı fars və ingilis dillərində yerləşdirilib.

Bundan əlavə, sayta dünyanın müxtəlif ölkələrində filmə etiraz olaraq keçirilmiş aksiyalar zamanı yandırılmış ABŞ və İsrail bayraqlarının şəkilləri də qoyulub.

Xəbərdə İran hakerlərinin dağıtdığı bütün saytların ünvanları da verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1223

Oxşar yazılar