Banqladeşdə də etiraz aksiyası zamanı iğtişaş,yaralanan olub
22 sentyabr 2012 22:32 (UTC +04:00)

Banqladeşdə də etiraz aksiyası zamanı iğtişaş,yaralanan olub

Lent.az-ın « bbc»-yə istinadən məlumatına göər, toqquşmalar etirazçıların elan olunmuş qadağaya baxmayaraq, Dakkada mitinq keçirmə cəhdlərindən sonra baş verib. Polis avtomobilləri yandıran aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məlumata əsasən, nümayişçilər bir neçə islamçı qrupun üzvləri olub.

Şahidlərin bildirdiyinə görə, nümayişçilər polisə məxsus avtomobil də daxil olmaqla, maşınları yandırıblar.Aksiyaçılar arasında həbs olunan var.

Nümayişi təşkil edən alyans ABŞ-da istehsal edilmiş videoya etiraz olaraq bazar günü ölkə boyu nümayişlərin keçirilməsinə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar