Türkmənistan prezidenti karatedə onuncu dan aldı
22 sentyabr 2012 07:10 (UTC +04:00)

Türkmənistan prezidenti karatedə onuncu dan aldı

ANSPress-in “İnterfaks”a istinadən məlumatına görə, diplomu prezidenti Dünya ənənəvi Fudokan-Şotokan karate-do Federasiyasının (WTFSKF) icraçı direktoru İliya Yorqa təqdim edib.

Türkmənistan televiziyası ilə nümayiş etdirilən görüş zamanı bildirilib ki,bu nüfuzlu mükafatı verməklə Qurbanqulu Berdıməhəmmədovun milli və dünya idmanının inkişafındakı töhfələri etiraf olunub.

“Sıralarında 45 dövləti birləşdirən Asiya Olimpiya Şurasının 2017-ci il Asiya oyunlarının Türkmənistanda keçirilməsi barədə qərarı tarixi addımdır” – deyə,Türkmənistan prezidenti söyləyib. Onun sözlərinə görə, Türkmənistan belə böyük idman tədbirinə ev sahibliyi edəcək ilk Orta Asiya ölkəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446

Oxşar yazılar