
BMT islama qarşı filmi də, zorakı reaksiyaları da pisləyib
Qurumun sözçüsü Rupert Colville Cenevrədə jurnalistlərə bildirib ki, ABŞ-da belə bir filmin çəkilməsi, Fransada isə karikaturaların yayılması pisniyyətli bir təxribatdır. O, ardınca da əlavə edib ki, indiki zorakı və dağıdıcı reaksiyalar da heç nə ilə əsaslandırıla bilməz: “Biz hesab edirik ki, bu cür açıq təxribatlarla mübarizənin ən yaxşı yolu onları saya salmamaq və cəmiyyətin diqqətini ora yönəltməməkdir” – deyə sözçü bildirib.
ABŞ-da çəkilən “Müsəlmanların məsumluğu” filmi və Fransada yayılan karikaturalara etiraz olaraq islam ölkələrində keçirilən etiraz aksiyalarında baş verən zorakılıqlarda 30-dan çox adam həlak olub.
ABŞ-da çəkilən “Müsəlmanların məsumluğu” filmi və Fransada yayılan karikaturalara etiraz olaraq islam ölkələrində keçirilən etiraz aksiyalarında baş verən zorakılıqlarda 30-dan çox adam həlak olub.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14