İranda xristianlığı qəbul edənlər tutulur
22 sentyabr 2012 02:29 (UTC +04:00)

İranda xristianlığı qəbul edənlər tutulur

Lent.az-ın “Amerikanın səsi»-nə istinadən məlumatına görə, Əhməd Şəhid deyib ki, yeni xristianlara qarşı repressiyalar və ev şəraitində idarə olunan kilsələrə hücumlar kəskin hal alıb: “2010-cu ildən bu yana 300-dən artıq yeni xristian özbaşına şəkildə tutularaq həbsə salınıb. Onlardan 41 nəfəri müxtəlif müddətlər ərzində (bir aydan bir ilə qədər) həbsdə saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb. Qalanları hələ də həbsdə saxlanır.
İranda kilsələr təzyiq altındadır. Hökumət kilsə rəhbərlərindən tələb edir ki, ibadət üçün kilsəyə gələnlər haqda vaxtaşırı hesabat versinlər. İran Konstitusiyası xristianlıq dinini tanısa da, təəssüflər olsun ki, İran hökuməti tamamilə əks siyasət yürüdür, yeni xristianlara qarşı repressiyanı davam etdirir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar