«Human Rights Watch» təşkilatı Tibetlə təmas qrupunun yaradılmasına çağırır
22 sentyabr 2012 02:00 (UTC +04:00)

«Human Rights Watch» təşkilatı Tibetlə təmas qrupunun yaradılmasına çağırır

“Human Rights Watch” təşkilatının bu gün açıqlanan bəyanatında Tibetdəki vəziyyətdən narahat olan dövlətləri gələn həftə keçiriləcək BMT-nin Baş Assembleyasında açılışında belə bir qrupun təşkil olunması məsələsini müzakirə etməyə çağırıb.

Qurumun qənaətincə,«Təmas qrupu» Çin hökumətinə təzyiq edərək “Tibet nümayəndələri ilə nəticəsi olacaq danışıqların” bərpasını yenidən nəzərdən keçirə bilər. «Human Rights Watch» təşkilatı həmçinin belə bir təşəbbüsün Tibetdəki vəziyyətlə əlaqədər “beynəlxalq ictimaiyyətin artan narahatlığını” nümayiş etdirəcəyini bildirib.

2009-cu ildən bəri 50-ə yaxın tibetli Çin hökümətinin din və mədəniyyətə qarşı yürütdüyü repressiyalara etirazlarını bildirmək üçün özlərini yandırıblar. Xatırladaq ki, yuxarıda sadalanan bu ittihamları Çin hökuməti inkar edir. Özünü yandırmaqla etiraz bildirmə halının yalnız yeddisi keçən ay qeydə alınıb.

«Human Rights Watch» təşkilatı bildirib ki, Pekin belə etiraz hallarına qarşı kütləvi həbslər və təcridxanalarda saxlamalarla cavab verir. Çin həmçinin Tibet ərazisindən gələn xəbərlərin qarşısını almaq cəhdlərini gücləndirib.

Dünyanın ikinci iqtisadi qüdrəti olan Çin Tibet siyasətinə açıq şəkildə qarşı çıxan hökümətlərə diplomatik təziyqlər göstərir. Çin hökuməti həmçinin bu mövzuya toxunan beynəlxalq forumlardan yayınaraq, bunun ölkənin suverenliyinə aid daxili məsələ olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar