BMT-nin Gürcüstandan tələbi:«İşgəncədə əli olanlar qanunla cəzalınmalıdır»
Lent.az-ın «Amerikanın səsi»-nə istinadən məlumatına görə, BMT-nin insan haqları agentliyinin sədri Gürcüstanı ölkədə nümayişlərə səbəb olan həbsxanadakı işgəncələrdə əli olanların qanun qarşısına çıxarılmasına çağırıb.
Qurumun İnsan Haqları üzrə ali komissarı Nevi Pillay Gürcüstanı işgəncələri qadağan edən beynəlxalq qanunlara əməl etməyə səsləyib. Onun sözçüsü Rupert Kolvill Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, Gürcüstan hökuməti nəinki videoda nümayiş etdirilən həbsxanadakı zorakılıqların, ümumiyyətlə, ölkədə insan haqlarının pozulması hallarını dərindən araşdırmalı və günahkarları cəzalandırmalıdır.
Müxalifəti dəstəkləyən iki televiziya kanalının həbsxanada məhbuslara işgəncə verildiyini göstərən videonu nümayiş etdirməsindən sonra paytaxt Tbilisi və digər şəhərlərdə kütləvi nümayişlər başlayıb.

770