Yeni qanun, yoxsa Ermənistanda yezidi kürdlərə doğmaq yasağı? -FOTO
21 sentyabr 2012 21:25 (UTC +04:00)

Yeni qanun, yoxsa Ermənistanda yezidi kürdlərə doğmaq yasağı? -FOTO

Hətta türklərə qarşı düşmənliyində davamlı olaraq, həmin etnik azlıqlardan, özəlliklə yəzdi kürdlərindən yararlanmağa çalışır.

Qeyd edək ki, yəzdi kürdləri atəşpərəstliklə islamın qarışığı əsasında yaranmış bir dinə inanırlar.

Ancaq cari il iyulun sonunda Ermənistan hökuməti qadınlar üçün ailə qurmaq yaşını 17-dən 18-ə qaldırdıqdan sonra yəzdi kürdləri öz narazılığın bildirməyə başlayıb. Nəzərə almaq lazımdır ki,kişilər üçün də eyni yaş həddi müəyyən olunub.

Lent.az-ın «Azadlıq» radiosuna istinadən məlumatına görə, hökumət bildirib ki, bu dəyişiklik Ermənistanda gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edəcək. Ancaq ölkənin 60 minlik yezidi kürd icması bu dəyişikliyi «qeyri-insani» adlandırır. Yezidi kürdlər bu qanuna əməl etməyəcəyini bildirirlər.

Ermənistan və Bütün Dünya Yezidilərinin Milli İttifaqının sədri Əziz Tamoyyan məsələyə bel münasibət bildirib: «18 yaşlı qız bizim üçün qarımış sayılır. Belə bir qanunun qəbul edilməsi yalnız bizim ailələrimizin dağılmasına səbəb olacaq və yezidi qızlarını bədbəxt edəcək».

Milli azlıqlar və dini məsələlər departamentinin keçmiş rəhbəri Hranush Xaratyan deyir ki, onlarda əsrlər boyu qızlar erkən yaşlarında ailə qurublar:«Yezidi qızlar 7-8-ci sinfi bitirəndən sonra 13-14 yaşlarında ailə qururlar. Onlar yaşca özlərindən böyük adamla ailə qurur, tezliklə uşaqları olur».


Yaşlı yezidi kürd qadınları bildirib ki, onların ortalama 9-12 uşaqları olarmış. Ancaq iqtisadi çətinliklərlə əlaqədar son dövrlər uşaqların sayında azalma var.

27 yaşlı Meline Amarin Yerevan yaxınlığındakı Arzni adlı yezidi kəndində yaşayır. Evdar qadındır. 15 ya da 16 yaşında ailə qurub. Bir uşağı var. O deyib ki, erkən yaşda ailə qurmaq çox normaldır: «Mən məktəbdən çıxdım. Oxumağa həvəsim yox idi. Əsas bizim milli ənənələrimizi və ailəmizi qoruyub saxlamaqdır».

Ermənistanda sovet dövründə ailə qurmaq hüququ 17 yaşından başlayırdı. Ancaq onda da yezidi kürdlərinə güzəşt olunurdu. Avqust ayında Ermənistanın Baş naziri Tigran Sargsyan yezidi kürdlərinə güzəşt vəd edib. O, yezidi kürd qızları üçün minimum ailə qurmaq yaşını 16-ya, oğlanlar üçün isə 17-yə endirməyə söz verib.

Lakin Ermənistanda heç də bütün yezidi kürdlər erkən ailə qurmağın tərəfdarı deyil. Qeyri-hökumət təşkilatının rəhbəri Boris Tamoiannın sözlərinə görə, əslində yaş tələbinin azaldılması yezidi kürdlərinin maraqlarına xidmət etmir:«Yezidi qızları erkən yaşdan məktəbdən çıxarıb evləndirmək ayrı-seçkilikdir. Yezidilərin çoxu köhnəlmiş qaydalara əməl etmək istəmirlər. Ermənistan hakimiyyətindən tələb edirik ki, qaydaya heç bir dəyişiklik etməsinlər».

30 yaşlı Perine Guden tibb bacısı işləyir. Həm də rus dili və ədəbiyyatı üzrə mütəxəssisdir. O, da bu fikirlə razıdır:«Bizim erkən yaşda ailə qurmayan çoxlu təhsilli qızlarımız var. Onların yaxşı da ailələri var».

Pelinenin isə 20 yaşı var və iki uşaq anasıdır. «Biz 21-ci əsrdə yaşayırıq və belə köhnə adətlərdən əl çəkməliyik» - deyə o, bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2719

Oxşar yazılar