ABŞ-ı şişmanlıq yıxacaq...
21 sentyabr 2012 19:27 (UTC +04:00)

ABŞ-ı şişmanlıq yıxacaq...

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, hazırda ABŞ-da uşaq və yeniyetmələrin 16,9 faizi, yetkinlərin 35,7 faizi şişmandır.

Bu tendensiya ilə bir neçə ildən sonra ABŞ-ın bütün ştatlarında əhalinin ən azı 44 faizi şişman olacaq. Bəzi ştatlarda isə bu göstəricinin 60 faizi keçəcəyi gözlənilir. Bu isə o deməkdir ki, ABŞ-ı faktiki şəkər diabetinin 2-ci növünün epidemiyası gözləyir. Əgər bu gün belə xəstələrin sayı 1,9 milyon nəfərdirsə, 2030-cu ildə onların sayı 7,9 milyon nəfər olacaq. Ürək xəstələri və ürək tutmasından əziyyət çəkənlərin sayı isə 1,3 milyon nəfərdən 6,8 milyon nəfərə çatacaq. Bu isə səhiyyə xərclərinin əhəmiyyətli dərəcədə artacağından və ABŞ-ın ciddi maliyyə böhranı ilə üzləşəcəyindən xəbər verir. Təkcə bu il şişmanlıqla bağlı yaranmış xəstəliklərin müalicəsi üçün 66 milyard dollar xərclənib. Əgər şişmanların sayı indiki sürətlə artarsa, 2030-cu ildə belə xəstələrin müalicəsi ABŞ büdcəsinə 2,7 trilyon dollara başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar