Ukraynada tank qəbiristanlığı - FOTO
0
0
Ukrayna dünyada döyüş tanklarının satışına görə ön yerdə dayanan ölkələrdəndir. Lent.az-ın məlumatına görə, Ukraynanın tank satdığı ölkələr arasında əsas yeri Afrika və bəzi Cənubi Amerika ölkələri tutur. Son 10 ildə Cənubi Qafqaz regionundan Azərbaycan və Gürcüstanın tank alımlarında Ukraynanın xüsusi yer tutması diqqət çəkir. Belə ki, BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2001-2011-ci illərdə Azərbaycan Ukraynadan 48 ədəd, Gürcüstan isə 91 ədəd T-72 tankı satın alıb.
Əslində keçmiş Sovet modeli olan tankların satışını həyata keçirən Kiyev son illərdə keçmiş Sovet modellərinin bazasında «Oplot» və «Bulat» kimi tankları hazırlayıb dünya bazarlarına çıxarmağa başlayıb.
Ukraynada tank istehsalı və təmiri ilə əsasən Xarkovdakı Zirehli Tankların Təmiri Zavodu məşğul olur. Keçmiş SSRİ-nin bu sahədə ixtisaslaşmış ən böyük müəssisələrindən olan bu zavodun həyətində ötən əsrin 70-ci illərində təmir üçün yola salınmış tanklar qalmaqdadır. Hazırda Ukrayna da imkanlar daxilində məhz həmin tankları təkmilləşdirərək ixrac edir.
Xarkov Zirehli Tankların Təmiri Zavodu bu gün Ukraynada «tank qəbiristanlığı» kimi də tanınır. Bu qəbiristanlıqda SSRİ-nin müəssisələrində istehsal edilmiş istənilən model tanka rast gəlmək mümkündür.
Rəşad

Oxşar yazılar

Ukrayna baş naziri dağılmış Nazirlər Kabinetinin binasını göstərdi -FOTOLENT -VİDEO -YENİLƏNİB
7 sentyabr 2025 , 18:09
Zelenskidən Rusiyanın gecə hücumu barədə SƏRT AÇIQLAMA
7 sentyabr 2025 , 12:07
Əfqanıstanda qadınlar dağıntılar altında öldü: Taliban əvvəlcə kişiləri xilas etdi
7 sentyabr 2025 , 10:42
Rusiya Kiyevə hücum etdi, hökumət binasında yanğın baş verdi
7 sentyabr 2025 , 08:23
Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
7 sentyabr 2025 , 06:45
Alen Delonun 17 min avroluq qol saatı oğurlandı
7 sentyabr 2025 , 05:50
Ərdoğan: Zəlzələdən sonra 300 min obyekt istismara verilib
7 sentyabr 2025 , 04:11