İran prezidenti: “Müsəlmanların məsumiyyəti” filmi sionistlərin işidir”
21 sentyabr 2012 17:38 (UTC +04:00)

İran prezidenti: “Müsəlmanların məsumiyyəti” filmi sionistlərin işidir”

Paradda çıxış edən İran prezidenti Mahmud Əhmədinejat ABŞ və Qərb dövlətlərini tənqid edib. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İran prezidenti Qərbi ikili standartlarda və İslam dəyərlərinə hörmətsizlikdə günahlandırıb. İslam aləminin etirazına səbəb olan “Müsəlmanların məsumiyyəti” filmi haqqında da danışan Əhmədinejat bunun birbaşa Qərbin işi olduğunu vurğulayıb.

“Müsəlmanların məsumiyyəti” filmi Məhəmməd peyğəmbərin dəhşətli təhqiri hesab edirəm. Filmin çəkilib yayılması İsrailin islam dünyasına qarşı sui-qəsdidir. İsrailin və Qərbin hədəfi islam dünyasında qarışıqlıqlara və parçalanmağa nail olmaqdır” - deyə İran prezidenti bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar