Moskvada məscid əleyhinə kütləvi aksiya - FOTO
Moskva meriyasının Şəhərsalma və Torpaq Komissiyası paytaxtın Mitino mikrorayonunda məscid tikintisi üçün sərəncam verməkdən imtina edib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb mikrorayon sakinlərinin narazılığı və keçirdikləri kütləvi aksiya olub.
Məlumata görə, əslində Barışixa küçəsində məscid üçün yer ayrılması gündəlikdə olub. Ərazidə 35 metr hündürlüyü olan minarə, məscidin ərazisində fəaliyyət göstərəcək məsdərəsə də tikilməliymiş.
Amma yerli sakinlər tikintiyə etiraz ediblər. Mitinonın Pyatniçeski şossesinə yığışan yüzlərlə sakin yolu bağlayıblar. Onlar ərazidə məscid tikintisinə icazə verməyəcəklərini bəyan ediblər.
Məhz bu səbəbdən meriya müvafiq sərəncamın verilməsini dayandırıb.

1348