ABŞ-da cümə həyəcanı yaşanır...
ABŞ-da çəkilən və Məhəmməd peyğəmbərin təhqir edildiyi “Müsəlmanların məsumiyyəti” filminə etirazlar səngimir. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün Misir, Pakistan, Liviya, Malayziya və digər islam ölkələrində cümə namazından sonra kütləvi aksiyaların keçiriləcəyi gözlənilir.
Qəzəbli kütlələrin hədəfində isə ABŞ-ın bu ölkələrdəki diplomatik nümayəndəlikləri var. Pakistan hökuməti bu günü Məhəmməd peyğəmbərin şərəfinə milli bayram elan etsə də, filmə etiraz üçün küçələrə çıxan aksiyaçılar təhlükəsizlik qüvvələri ilə toqquşmaya gedib. ABŞ hökuməti isə Pakistanda etirazları səngitmək üçün bu ölkənin telekanallarında yayımlanması nəzərdə tutulan bir reklam hazırladıb. 70 min dollar xərc çəkilən filmdə ABŞ prezidenti Barak Obama “Müsəlmanların məsumiyyəti” filmini tənqid edir. Pakistan hökuməti bu gün cümə namazından sonra keçiriləcək aksiyalardan əvvəl ölkənin 15 böyük şəhərində mobil telefon xidmətini dayandırıb. Xüsusən yüz minlərlə insanın küçələrə çıxması gözlənilən İslamabad, Karaçi və Lahor şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib, polislə bərbər şəhərlərə ordu bölmələri də yeridilib.

1662