Türkiyə Əsəddən təzminat istəyəcək
21 sentyabr 2012 13:36 (UTC +04:00)

Türkiyə Əsəddən təzminat istəyəcək

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Hərbi Prokurorluqdan Suriya tərəfindən beynəlxalq hava sahəsində vurulan “RF 4E” təyyarəsi ilə bağlı geniş rəsmi hesabat istəyib.

Qeyd edək ki, Hərbi Prokurorluq az əvvəl araşdırmaları yekunlaşdırıb və təyyarənin texniki nasazlıq ucbatından dənizə düşmədiyini, vurulduğunu açıqlayıb. Hərbi Prokurorluq bəyan edib ki, təyyarə beynəlxalq hava sahəsində olan zaman Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin atdığı raketlə vurulub. Raket təyyarənin arxasına, sol tərəfinə tuş gəlib.

Türkiyə Xarici İşlər Nazirliyi isə bu hesabata əsasən Bəşər Əsəd hökumətindən həm vurulan təyyarə, həm də şəhid olan iki pilot üçün təzminat alınması məqsədilə beynəlxalq hüquqi vasitələrdən istifadə edilməsini zəruri sayır və bu istiqamətdə fəaliyyətə başlayacaq. Buna nail olmaq üçün BMT Təhlükəsizlik Şurasına və beynəlxalq məhkəmə instansiyalarına üz tutulacaq. Eyni zamanda Suriyada Bəşər Əsəd rejimi devriləcəyi halda Türkiyəyə təzminatın hansı formada ödənməsi məsələsinin də təzminat hökmündə əksini tapması istəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar