Rusiya «Manas»ı əldə edə bilmədi
Lent.az-ın «vesti.ru»-ya istinadən məlumatına görə, Rusiya ilə Qırğızıstan hərbi birləşməsinin yaranmasında razılıq əldə edilib.
Bununla belə Qırğızıstanın prezidenti Almazbek Atambayev əmin edib ki, 2014-cü ildən Manas aeroportu ABŞ hərbi-hava qüvvələrinin bazası olmayacaq. O , Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında deyib: "2010-cu ildən üzü bəri müvəqqəti hökumətin sədri sonra baş nazir və prezident səlahiyyətlərini icra edən şəxs, nəhayət prezident kimi həmişə demişəm ki, mülki hava limanı istənilən ölkənin hərbi-hava qüvvələrinin bazası yox, sərnişin və yüklərin daşındığı mülki hava limanı olaraq fəaliyyət göstərməlidir".
Qırğızıstanın dövlət başçısı qeyd edib ki, 2014-cü ildən başlayaraq "Manas" mütləq şəkildə mülki hava limanı olacaq.
Prezident Almazbek Atambayev jurnalistlərin suallarına cavab verərkən, vurğulaylb ki, Rusiya prezidenti ilə müzakirələrdə "Amerika bazasına dair müzakirələr aparılmayıb".
Xatırladaq ki, Bişkekin "Manas" beynəlxalq aeroportu 2001-ci ildən antiterror koalisiyası qüvvələrinin və yüklərin Əfqanıstana göndərilməsində loqistik şəbəkə rolunu oynayır. Əvvəl ABŞ-ın aviabazası adlanan "Manas"a bir müddətdən sonra tranzit yüklərin daşınması üzrə Mərkəz adı verilib.
Rəsmi məlumata görə hazırda mərkəzdə 1500 ABŞ hərbçisi qulluq edir.

1263