Qərb İranla danışıqlardan imtina edir
21 sentyabr 2012 00:25 (UTC +04:00)

Qərb İranla danışıqlardan imtina edir

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, ABŞ, Britaniya və Fransanın qurumdakı təmsilçiləri «nüvə proqramı ilə bağlı İranla sonu bilinməyən danşıqlara qatılmaqdan imtina etdiklərini» bildiriblər.

Ağ evin şuradakı səfiri Suzan Rays sanksiyaların gələcək müzakirəsini «mənasız yerə vaxt itkisi» adlandıraraq, xəbərdarlıq edib ki, Qərb «bu sonsuz və nəticəsiz danışıqlarda iştirak etməyəcək». O, Tehranın atom proqramı ilə bağlı aparıcı dövlətlərin «aydın, dəqiq və ortaq» mövqe hazırlamasının vacibliyini də vurğulayıb.

Britaniyanın təmsilçisi Mark Layel Qrant qeyd edib ki, İran «çaşqın durumdadır» və o, beynəlxalq ictimaiyyətin tam üzvü olmaq istəyi ilə bağlı qərar qəbul etməlidir.

Rusiyanın nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, Moskva BMT Təhlüəksizlik Şurasının İrana qarşı qəbul etdiyi sanksiyalara əməl edir və Tehrana «birtərəfli əlavə sanksiyaların tətbiqinə»qarşı çıxış edir.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar