«Müsəlmanların məsumluğu»ndakı aktrisanın iddiası təmin edilmədi
20 sentyabr 2012 23:14 (UTC +04:00)

«Müsəlmanların məsumluğu»ndakı aktrisanın iddiası təmin edilmədi

Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, hakim Luis Lavin bunları söyləyib: «Filmin yasaqlanması ilə bağlı iddiadan imtina edildi. Buna səbəb iddaiçının irəli sürdüyü itthamları əsaslandıra bilməməsidir».

Xatırladaq ki,aktrisa filmin yaradıcı heyəti tərəfindən aldadıldığını və «yalan qurbanı» olduğunu bildirmişdi. Son anadək o, Məhəmməd peyğəmbərin təhqir edilməsinə inanmadığın demişdi. Onun sözlərinə görə, ssenaridə heç islam peyğəmbərinin adı belə çəkilməyib.

Qarsia onu da vurğulamışdı ki, film ictimaiyyətin diqqətini cəlb etdikdən sonra o, hədələnib. Bundan başqa aktrisa peşəkar fəaliyyətinə də zərbə dəydiyini etiraf edib.

Filmin məsulu Nakulu Besslin məsuliyyətə cəlb olunmasını və bu lentin «You Tube»-dən yığışdırılmasını istəmişdi.

Aktrisanın maraqlarını müdafiə edən vəkil Kris Armenta müvəkkilinin idaisı ilə bağlı demişdi:«Bu iddianın gərçəkləşəcəyinə inanmıram. Çünki ABŞ-ın Ana Yasasına əsasən, amerikalıların düşünmək haqqı var. Biz sadəcə olaraq, təhqiredici materialın internetdən yığışdırılmasını xahiş edə bilərik»
«Google» və «YouTube» hələ aktrisanın müraciətini cavablandırmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221

Oxşar yazılar