İraq hökuməti mücahidləri «Əşrəfdən» çıxartdı
21 sentyabr 2012 01:22 (UTC +04:00)

İraq hökuməti mücahidləri «Əşrəfdən» çıxartdı

Lent.az-ın İslam Respublikasının informasiya vasitələrinə istinadən məlumatına görə, təşkilatın yerləşdiyi «Əşrəf» adlı düşərgəni sonuncu qrup mücahid tərk edib.

Məsələ ilə bağlı İraqın daxili işlər naziri vəzifəsini icra edən Ədnan əl-Əssədi açıqlama verib. Onun sözlərinə görə, bu tədbir ölkəsi üçün istisnasız bir hadisədir.

«Əşrəfdən 3 minə yaxın insan çıxarılıb. Onlar Bağdada göndərilib.Yaxın zamanda isə İraq ərazisini tərki edəcəklər.Bu qərar ölkənin baş naziri Malik Nuri tərəfindən qəbul olunub»- deyə, nazir əvəzi söyləyib.

Ədnan əl-Əssdi bildirib ki, onların İraqda yerləşdirilməsi «böyük siyasi səhv idi».
Nazir əvəzinin dediklərinə əsasən, həmin mücahidlərin çoxu İraqda «cinayət törədib və istintaq altında idi».

«Bu adamlar həm də qonşu İranda diversiya və cinayətlər törədib. İmkan verməyəcəyik ki, bu terror təşkilatı qonşu İranla aramızı vursun»- deyə, Ə. Əssədi vurğulayıb.

Qeyd edək ki, bu qurumu Avropa Birliyi əvvələr terrorçu təşkilatlar siyahısına daxil etsə də, sonradan onları o siyahıdan sildi.ABŞ isə hələ də İran Xalq Mücahidləri Təşiklatını terrorçu sayır.

Qurumun mənəvi lideri Məsud Rəcəvi, siyasi rəhbəri isə Məryəm Rəcəvidir. İran-İraq savaşı zamanı mücahidlər Səddam Hüseyn ordusu tərəfindən də döyüşüb.
S.Hüseyn devrildikdən sonra Tehran hakimiyyəti rəsmi Bağdaddan mücahidlərin İraqı tərk etməsini tələb edirdi.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar