“Xaç atası” öldü
20 sentyabr 2012 19:09 (UTC +04:00)

“Xaç atası” öldü

Lent.az-ın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, Çarli Riçardson Kent qraflığındakı Tanbric-Uells şəhər xəstəxanasında həyatını itirib.

Çarli Riçardson 1960-cı illərdə nüfuzlu London cinayətkar qruplaşmasına rəhbərlik edib. Bu cinayətkar qrup qurbanlarına işgəncə verməklə məşhurlaşıb. Çarli Riçardsonun rəhbəri olduğu cinayətkar qrup Londonda bir neçə kazinoya malik olub, reket və dələduzluqla məşğul olub. Çarli Riçardson 1966-cı ildə həbs edilib, 25 il azadlıqdan məhrum edilib. Onun rəhbərlik etdiyi cinayətkar qrupla bağlı cinayət işi həmin vaxt Böyük Britaniyada ən səs-küylü işlərdən biri olub. Çarli Riçardson 14 il həbsdə qaldıqdan sonra 1980-ci ildə həbsxanadan qaçıb. Lakin o, tezliklə yaxalanıb və yalnız 1984-cü ildə azadlığa çıxıb. 2004-cü ildə Çarli Riçardsonun həyatına həsr edilmiş “Çarli” filmi çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1469

Oxşar yazılar