Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
20 sentyabr 2012 16:53 (UTC +04:00)

Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Lent.az-ın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər yaxın həftələrdə İstanbulda keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Şurasının iclasına hazırlıqla bağlı detalları, müxtəlif sahələrdə Türkiyə-Rusiya münasibətlərinin inkişafı ilə bağlı aktual məsələləri müzakirə ediblər.

Görüşdə xüsusən enerji sahəsində strateji layihələrin reallaşması məsələləri, Türkiyədə tikiləcək “Akkuyu” Atom Elektrik Stansiyası və Cənub axını qaz kəməri layihələri diqqət mərkəzində olub. Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri Suriya və Yaxın Şərqdə baş verən prosesləri, Cənubi Qafqazdakı və Mərkəzi Asiyadakı vəziyyəti də müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986

Oxşar yazılar