ŞOK! Qadının ölən əri əslində öz atası imiş
20 sentyabr 2012 16:30 (UTC +04:00)

ŞOK! Qadının ölən əri əslində öz atası imiş

Valeriya Spruill adlı qadın həyat yoldaşının ölümündən sonra DNT testiylə həyatını alt-üst edən həqiqəti öyrənib. Məlum olub ki, Spruillin yoldaşı hesab etdiyi Persi Spruill əslində onun heç tanımadığı atası imiş.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həyatını alt-üst edən sirri öyrəndikdən sonra psixoloqlardan məsləhət alan Spruill hekayəsini bir jurnalda dərc etdirib. Bu addımı parçalanmış ailələrə ibrət olmaq məqsədilə atıb. Məlum olub ki, 3 aylıq olarkən anası tərəfindən nənəsinin himayəsinə verilən Valeriya həyatı boyunca ana və atasını heç tanımayıb.

“Ərim 6 il əvvəl ölüb. O zamana qədər münasibətlərimizlə əlaqədar çox qəribə söz-söhbətlər eşidirdim. Lakin ərimin ölümündən sonra əmim mənə o günə qədər saxladıqları ailə sirrini açıqladı. Həyat yoldaşımın əslində atam olduğunu bildirdi. Sonra DNT testi etdirdim və qorxunc həqiqəti öyrəndim. Düşünürəm ki, Persi atam olduğunu bilirdi. Reaksiyamdan qorxduğu üçün, o, bunu mənə deməyib” - deyə Spruill bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5018

Oxşar yazılar